Sabahdan Acarıstanda epidemioloji vəziyyətin pisləşməsi səbəbindən məhudiyyətlər tətbiq olunacaq.
Bu barədə Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bölgədə restoranların fəaliyyətinə saat 22:00-dək icazə veriləcək.
Hökumət rəsmisi Acarıstanda bütün ictimai nəqliyyat növlərinin hərəkətinin tam dayandırılacağını deyib.
Qeyd edək ki, son sutkada Acarıstanda koronavirusa 164 yeni yoluxma halı qeydə alınıb.