7 C
Baku
Thursday, December 12, 2024

“AtaHolding”in rəhbəri dəyişdi

Bir vaxtlar banklarda pay sahibi olan Əşrəf K. Kamilov “AtaHolding” MMC-nin Baş direktoru (CEO) təyin edilib. O, 21 il öncəki vəzifəsinə qayıdıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilib.

Buna qədər isə “AtaHolding”in Baş direktoru kimi Adığözəl Y. Ağayev çalışırdı.

Ə.Kamilov bundan öncə “AtaHoldinq”in Müşahidə Şurasının sədrinin müavini kimi çalışırdı. Onun “Ata Bank” və “Bank VTB Azərbaycan” kimi banklarda səhm payları olmuşdur. Lakin, hazırda “Ata Bank” artıq bağlanmış, “Bank VTB”də isə payını digər investora – elə məhz Adıgözəl Ağayevə satmışdır.

Əşrəf Kamilov – D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakultəsini  bitirmişdir.

1985-1994-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya bankların bir sıra məsul vəzifələrdə çalışmışdır.

1994-1999-cu illər ərzində “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsi tutmuşdur.

1999-2000-ci illər ərzində Vergilər Nazirliyində İnzibati və Maliyyə Təminatı İdarəsinin rəisi daha sonra isə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

2002-2008-ci illər ərzində “AtaBank” ASC-nin Müşahidə şurasının üzvü seçilmişdir. Paralel olaraq 2003-2008-ci illər ərzində də əvəzçilik üzrə “Ataİnşaat” MMC-nin İdarə Heyətinin üzvü qismində çalışmışdır.

2005-ci ildə “AtaHolding” ASC-nin Müşahidə Şurasının üzvü seçilən Ə. Kamilov 2006-cı ildə sədrin birinci müavini təyin olunmuşdur.

Ə. Kamilov 2008-2020-ci illərdə “AtaBank” ASC-nin Müşahidə Şurasının sədridir.

 

 

Son xəbərlər
Digər xəbərlər