Son vaxtlara qədər axşamım təxminən belə idi: ağır işdən sonra divanda oturub saatlarla dincəlirdim. Adətən insanlar Netflix-ə baxırlar, mən isə bir dəfəyə yarım kilo dondurma yeyirəm. Və onu bu miqdarda yeməyin zərərli olduğunu bilsəm də, özümü çətin bir gün keçirdiyimə və istirahətə layiq olduğuma inandırırdım.
Tədqiqatlarla məşğul olan psixoloqlar buna “eqonun tükənməsi” deyirlər. Bəzi nəzəriyyələr iradə gücünün məhdud zehni enerji qaynağı ilə “əlaqələndirilir” və sonuncu sona çatanda, özümüzü itirmək ehtimalı daha çox yüksəlir. Bu nəzəriyyə mənim axşam saatlarında həvəssiz olduğumu az da olsa izah edir.
Lakin son tədqiqatlar göstərir: biz iradə gücünü tamamilə səhv başa düşürük və eqonun tükənməsi nəzəriyyəsi özü isə həqiqətdən uzaq ola bilər. Bununla yanaşı, iradə gücünün məhdud resurs olduğuna inam bəzən bizə zərər verir.
“Eqonun tükənməsi” termini 1990-cı illərin sonlarında psixoloq Roy Baumeister və Case Western Reserve universitetinin həmkarları tərəfindən təsdiqlənib. Təcrübə zamanı tədqiqatçılar insanları iki qrupa böldülər və onlardan iki boşqab yemək olan bir otaqda müəyyən qədər vaxt keçirmələrini istədilər. Birinci qaba təzə bişirilmiş peçenye, ikinci qaba isə turp qoyulmuşdu.
Növbəti mərhələdə hər iki qrupa məntiqi məsələni həll etmək təklif olundu. Bu tapşırığı yerinə yetirmək mümkün deyildi, lakin iştirakçıların bu barədə məlumatları yox idi. Alimlər hansı komandanın tapşırıq üzərində daha uzun müddət çalışacağını öyrənmək istəyirdilər. Və turp olan otaqdakı komandanın daha tez təslim olacağını gözləyirdilər. Onlar haqlı oldular. Belə də baş verdi.
Peçenyedən imtina etmək məcburiyyətində olan birinci qrup orta hesabla səkkiz dəqiqə dözə bildi. Alimlərin ehtimallarında görə, turp yeməyə məcbur olan insanların eqosu artıq tükənmişdi. Perspectives on Psychological Science jurnalında yayımlanan yeni araşdırmada elm adamları Baumeister-in tapıntılarını təkrarlamağa çalışsalar da, “eqonun tükənməsi” nəzəriyyəsini təsdiqləyə bilmədilər.
Qeyd edək ki, bu araşdırmada iki mindən çox adam iştirak edirdi və əsasən Baumeister tərəfindən təsdiqlənən təcrübələr aparılırdı. Bundan əlavə, Baumeister sonrakı təcrübələrdə istifadə olunan metodologiyaya meydan oxusa da, bu gün bir çox elm adamı “eqonun tükənməsi” nəzəriyyəsini şübhə altına alır.
2010-cu ildə o vaxt Miami universitetinin doktorantı olan Evan Carter, Baumeister-in tapıntılarını şübhə altına alan ilk şəxslərdən biri idi. Carter eqo tükünməsinin mövcud olduğunu düşünən təxminən iki yüz təcrübədən alınan məlumatları araşdırdı. O, metaanaliz müəlliflərinin məlumat seçimində qərəzli olduqlarını aşkar etdi: onlar tədqiqatlara ziddiyyətli nəticələri daxil etmədilər. Beləliklə, bunlar nəzərə alındıqda, Carter eqonun tükənməsi nəzəriyyəsinin ciddi bir əsası olmadığı ortaya çıxdığını başa düşdü.
Üstəlik, olduqca geniş yayılan bəzi fikirlər – məsələn, şəkərin iradə gücü üçün güclü stimul olduğu – bütünlüklə təkzib edildi. Birincisi, bir qurtum limonaddan aldığınız şəkər tez bir zamanda qan dövranına daxil olaraq, zehni enerjinin artmasına səbəb ola bilməz. Eyni zamanda neyropsixologiya mütəxəssisləri çoxdan müəyyən ediblər: mürəkkəb bir məsələnin həlli ilə məşğul olan beyinin eyni miqdarda şəkərə ehtiyacı var. Beyin – əzələ deyil, orqandır və müvafiq olaraq əlavə enerji istehlak etmir.
Adətən gücümüz tükənəndə özümüzü pis hiss etməyə başlayırıq, hər hansısa “mükafat” aldıqda isə əksinə – həyata daha nikbin baxırıq. Bizim enerjimiz şəkər deyil, plasebo effekti sayəsində artır.
Baumeister həmkarları ilə birlikdə “eqonun tükənməsi” nəzəriyyəsinin gerçək olduğunu sübut etmək üçün yeni təcrübələr apardığını iddia edir. Ehtimal ki, diqqətlə izlənilən laboratoriya şəraitində iradə gücü tükənmiş kimi görünür.
Bəlkə, bu nəzəriyyə bizim ehtiyacları ödəyir deyə hələ də mövcuddur. Məsələn, hər hansısa layihəni başa çatdırmalı olduğumuz halda işdən yayınmaq. Əslində isə həqiqətin gözlərinə baxmaq lazımdır: biz olduqca zəif varlıqlarıq və daim özümüzə güzəştə getməyə çalışırıq. Psixoloqlar bunun öhdəsindən gəlmək üçün motivasiyanın müvəqqəti bir şey olduğunu anlamağı tövsiyə edirlər.
Eyni zamanda bəzən motivasiya çatışmazlığı müvəqqəti xarakter daşımır. Bədənimiz şüur səviyyəsində dərk edə bilmədiyimiz informasiyanı bizə duyğular vasitəsi ilə çatdırmağa çalışır. Mənəvi güc çatışmazlığı xroniki olduqda, iradə gücünü yeganə məlumat mənbəyi kimi qəbul etmək lazım deyil.
Məsələn, məqalə üzərində işləyə bilmədikdə və diqqətimin tez-tez yayındığını hiss etdikdə, nəyinsə səhv olduğunu başa düşürəm. Facebook və ya Twitter-i həmişəkindən daha tez-tez yoxlayıramsa, mövzuya marağımın azaldığını və fikrimi başqa istiqamətə yönəltməli olduğumu dərk edirəm. Yox, əgər özümü yazmağa davam etməyə məcbur etsəm, çox güman ki, gücüm iki-üç dənə məqaləyə çatacaq.
Lakin içimdə maraq oyadan bir mövzu tapanda, sanki “zamanın uçduğu” bir yerə düşürəm. Artıq özümü heç nəyə məcbur etməli olmuram. Mən yazmaq istəyirəm. İradə gücünü tələb etməyən tapşırıqlardan sonra özümü yorğun hiss etmirəm. Əksinə – əlavə enerji dalğasının gəldiyini hiss edirəm. Səhərə kimi Netflix-ə baxmaq istəmirəm, bunun yerinə nə üzərində çalışdığımı bütün dünyaya izah etmək istəyirəm.
Həm də ki, insanlar onlara maraqlı olmayan fəaliyyətlərdən imtina etməyə meyllidirlər.
Daima iradə gücündən istifadə etmək ehtiyacını aradan qaldıraraq, onun sizə verə biləcəyi bütün faydaları əldə edin. Bütün diqqəti iradə gücünə yönəltmək əvəzinə, istəklərinizə nəzər yetirin. Laboratoriya şəraitində elm adamlarının göstərişi ilə həll olunmayan məsələni həll etmək – çox da əyləncəli bir iş deyil. Bunu bir çox insanın hər gün görməli olduğu darıxdırıcı tapşırıqlara da aid etmək olar. Doğrudur, iradə gücü ilə özümüzü bir müddət ərzində maraqsız işləri görməyə məcbur edə bilərik, lakin istəklərimizi nəzərə almasaq, heç vaxt bu işdə uğurlu ola bilməyəcəyik. Hər bir duyğu kimi (qərar qəbul edərkən beynin əsas “məsləhətçi”si olaraq), iradə gücünün çatışmazlıqlarına nəzər yetirib yeni yollar tapa bilərik.
Müəllif haqqında: Eyal Nir – Hooked: How to Build Habit-Forming Products kitabının müəllifi. Psixologiya və onun köməyi ilə davranışı dəyişdirmək haqqında bloq aparır.