25 C
Baku
Sunday, October 6, 2024

Həyat nağıldakı kimi deyil!

İngilis kralı “Şir ürəkli” Riçard hündür və güclü kişi idi. O sahib olduğu güc ilə qürur duyur və insanlara necə güclü olduğunu nümayiş etdirməyi sevirdi. Bir dəfə o kənd ərazisindən atı ilə keçərkən onun atı nalını itirir. Xoşbəxtlikdən o kəndin yaxınlığında idi və tezliklə bir dəmirçi tapılır.

“Mənə yaxşı bir nal ver” – deyə Riçard dəmirçiyə müraciət edir. Onun istəyi dərhal yerinə yetirilir. Riçard nalı əlinə alır və əli ilə iki hissəyə bölür. “Bu ən yaxşı nal deyil” – deyir və davam edir: “Mənə daha yaxşısını ver”. Ona növbəti dəfə nal verilsə də, kral onu iki hissəyə bölür. Dəmirçi üçüncü dəfə nal verir. Bu dəfə Riçard razı qalır və bu nalı ata vurmasını tələb edir.

İş yerinə yetirildikdən sonra Riçard dəmirçiyə sikkə pul verir. Dəmirçi bu pulu barmaqlarının arasında əyərək iki hissəyə bölür. Artıq heyrətlənmək sırası Riçardda idi. O cibindən daha böyük sikkə çıxarır və dəmirçiyə uzadır. Dəmirçi bu sikkəni də iki bölərək deyir: “Bu heç də ən yaxşı sikkə deyil, mənə ən yaxşısını ver”. Bu zaman Riçard gülümsəyir və qılıncını qaldıraraq dəmirçinin başını bədənindən ayırır.

Son xəbərlər
Digər xəbərlər