9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39895 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 nəfərdir.

Son xəbərlər
Digər xəbərlər