11 C
Baku
Monday, November 25, 2024

“Israel HaYom”: Bu, 90-cı illərin müharibəsindən sonra Azərbaycanın nailiyyətidir

Dağlıq Qarabağ regionunun şərq hissəsində, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə Azərbaycan arasında təmas xəttində şiddətli döyüşlər başlanıb. Hər iki tərəfin verdiyi məlumata görə, bu şiddətli döyüşlər itkilərlə, o cümlədən mülki əhali arasında tələfatla nəticələnib.

Jurnalist Neta Bar İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Ermənistan və Azərbaycan arasında hərbi münaqişə Qafqazda genişmiqyaslı müharibəyə gətirib çıxara bilər” sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalədə deyilir: “Azərbaycanın Müdafiə Nazirliyi xəbər verib ki, erməni ordusu Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbələri endirdikdən sonra Azərbaycan özünün Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə təmas xəttində tanklardan, piyadalardan, artilleriyalardan və aviasiyadan istifadə etməklə genişmiqyaslı əməliyyatlara başlamağa məcbur olub. Qeyd etmək yerinə düşər ki, Azərbaycan ordusu dəfələrlə bəyanatlar verib. Bu bəyanatlarda hərbi əməliyyatlar barədə elan olunub və Azərbaycanın işğal edilmiş ərazilərində dağıdılmış erməni mövqelərindən pilotsuz uçuş aparatları ilə çəkilən kadrlar dərc edilib”.

Neta Bar vurğulayır ki, Ermənistan ölkədə hərbi vəziyyət, həmçinin ehtiyat qüvvələrin və könüllülərin tam səfərbərliyini elan edib.

Məqalə müəllifi yazır ki, Azərbaycan KİV-lərində verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri yeddi kəndi – Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı və Aşağı Əbdurrəhmanlı, Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edib və öz nəzarətləri altına qaytarıblar.

“Bu əməliyyat XX əsrin 90-cı illərinin müharibəsindən sonra Azərbaycanın misilsiz nailiyyətidir. Həmin illərdə erməni təcavüzü nəticəsində Azərbaycan beynəlxalq səviyyədə Azərbaycan əraziləri kimi tanınan Dağlıq Qarabağ və ona bitişik 7 rayon üzərində nəzarəti itirdi.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın müasir Azərbaycan ərazilərinin 20 faizini təşkil edən regionu tərk ediblər”, – deyə jurnalist Neta Bar İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində şərh edir.

AzərTac

Son xəbərlər
Digər xəbərlər