ATƏT-in Daimi Şurasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin vəziyyətlə bağlı bu gün xüsusi iclası keçiriləcək.
İclasda Dağlıq Qarabağ münaqişəsi kontekstində son vəziyyət müzakirə olunacaq.
İclasda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək və o, Daimi Şuranı son vəziyyətlə bağlı məlumatlandıracaq.
Xüsusi iclas Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.