Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Paşinyan oğulları Aşotu Qarabağda döyüşlərə qatılacağını söyləmişdi.
Ermənistan KİV-i xəbər verir ki, bu populist açıqlamadan bir saat keçdikdən sonra o, yeni açıqlama verərək oğlunun cəbhəyə getməyinə lüzum olmadığını açıqlayıb.
“İndi aydın olub ki, oğluma döyüş meydanında ehtiyac yoxdur”-deyə o söyləyib. Ermənistan müxalifəti isə Anna Akopyanın əvvəldən oğlunu cəbhəyə göndərmək istəmədiyini, Aşot Paşinyanın da Qarabağa getməkdən imtina etdiyini yazıb.