Aqrolizinq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən cari ildə verilmiş 32,0 milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatının müasir texnika ilə təchiz olunması üçün 30,0 milyon manat vəsait ayrılıb.
Bunu Maliyyə naziri Samir Şərifov Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib. Onu da əlavə edib ki, kənd əməkçilərinə, fermerlərə və sahibkarlaradövlət büdcəsindən maliyyələşən güzəşt(kənd təsərrüfatı məhsullarının satışı zamanı) 50 faizdən 70 faizədək artırılıb.