11 C
Baku
Sunday, November 17, 2024

Erməni ordusunun qənimi – “Harop” nəyə qadirdir?

IAI Harop İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır (PUA) və gəzən sursatdır. Bu dron anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Əlavə olaraq əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır: Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün – RCS-nin (Radar Cross Section – düşmən radarında görünmə dərəcəsi) kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər: Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.

Dronun qiymətinin 4.5 mln. ABŞ dolları olduğu bildirilir.

IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Öncələr qeyd olunduğu kimi Haropun iki növ idarəetmə üsulu vardır: Avtonom və ya bazadan idarəedilmə. Harop avtonom rejimdə özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən “Haroplar”dan məhz bu üsulla istifadə edilmişdi. Nəticədə bir çox hədəf dəqiqliklə məhv edilmişdir. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. 5 hərbçi yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi. Eləcə də 2020-ci ilin sentyabrında işğal olunan Azərbaycan torpaqlarında gedən döyüşlərdə də hazırda bu kamikadze dron uğurla istifadə edilməkdədir.

Düşmən Harop hücumunu aşkarlayıb radarın siqnal yaymaması üçün söndürsə belə, Haropun elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa Harop avtonom olaraq bazaya qayıdır. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə – Döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. IAI daha kiçikölçülü əməliyyatlar üçün 2015-ci ildə Haropun daha kiçik versiyasını hazırladı. Təqribi məlumata görə yeni kiçik dron Haropun 1/5 həcmində olacaq və daha kiçik – 3-4 kiloqramlıq əsas döyüş başlığı daşıyacaqdır. Bu dron daha ucuz olmaqla yanaşı tez-tez itən hədəflərə qarşı və zaman məhdudiyyətli əməliyyatlarda istifadəsi nəzərdə tutulur.

Türkiyənin hələ 2005-ci ildə Haroplarla maraqlandığına aid məlumatlar var. 2005-ci ilin oktyabrnıda MBDA şirkəti Haropu “Ağ Şahin” adı altında Böyük Britaniyanın Müdafiə Nazirliyinin “Gəzən Sürsat” tenderinə təqdim etdi. Lakin Müdafiə Nazirliyinin qərarına görə tenderi Britaniya şirkəti qazandı. 2007-ci ilin avqust ayında Hindistan Hava Qüvvələri 100 milyon dollar müqabilində Harop sistemlərini alacağını bildirdi. Harop ilk dəfə açıq ictimaiyyətə Hindistanda heçirilən Aero India 2009 şousunda göstərildi.Harop ilk dəfə hərbi əməliyyatlara “4 günlük müharibə” zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girdi. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixində ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə Haropla endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan Haropun postsovet məkanında yeganə istifadəçisidir.

Xarakteristikalar

Ekipaj: 0

Uzunluq: 2.5 metr

Qanad ölçüsü: 3 metr

Məsafə: 1000 kilometr

Sürət: 185 kilometr/saat

Havada qalma müddəti: 6 saat

Ümumi çəkisi: 135 kiloqram

Döyüş başlığı: 23 kiloqram

Sahib olan ölkələr:

  • Almaniya
  • Azərbaycan
  • Hindistan
  • İsrail
  • Türkiyə

Harop nədir?

Haropun qiyməti nə qədərdir

MənbəVikiPediya
Son xəbərlər
Digər xəbərlər