Banker.az saytı keçirdiyi sorğunun nəticələrini açıqlayır. Xatırladaq ki, sorğunun məqsədi müştərilərin ölkə bankları haqqında fikirlərini öyrənmək idi.
1. Respondentlərin 54%-i düşünür ki, bank faziləri aşağı salmaqla müştəri qazana bilər.Müştəri məmnuniyyətini bu və ya digər şəkildə təmin etməlidirlər deyən respondentlərin 23%-i bu halda bank müştərilərinin sayını artıra bilər fikirləşir.
2. Banka nə zaman müraciət edirsiz sualına isə respondentlər ənənəvi cavab (kredit götürmək üçün ) veriblər. Xatırladaq ki, 51% insanlar belə düşünür. Sorğunun nəticəsindən aydın olur ki, vətəndaşların banka yolu ya kredit götürmək üçün, ya da kredit faizini bağlamaq üçün düşür.
3. 46% respondent fikirləşir ki, əməkdaşlıq etmək istədiyi bankı əvvəlcədən araşdırır. Hansı aşağı fazilə kredit verir fərq etməz deyən respondentlər isə 28% təşkil edib.
4. Respondentlərin 38%-i bankların aşağı fazilə kredit verib, sonda kommission haqqı çıxarmalarını vurğulayıblar. Müştərilərin 31% -isə belə fikirdədir ki, fazilər yüksək olduğundan krediti fazini ödəmək olmur. 18% müştəri isə stimullaşdırıcı bank reklamlarına aldanırıq deyiblər.