Türkiyə Müdafiə Naziri Hulusi Akar, Dağlıq Qarabağda Ermənistanın işğalının sona çatması lazım olduğunu qeyd edərək, “Türkiyə, Azərbaycanla həmrəylik içindədir və ərazi bütövlüyünü təmin edərək xalqı qorumaqda davam edəcək” deyib.
Banker.az xəbər verir ki, bunu Hulusi Akar İngiltərə mərkəzli “Türk-İngilis Anlaşma Mərkəzi (TCMB)” tərəfindən internet üzərindən təşkil edilən “Türkiyədə Qlobal və Regional Təhlükəsizlik Mühitinin Dəyişməsi” başlıqlı proqramında danışıb. Hulusi Akar çıxışında Ermənistanın Azərbaycana qarşı hücumlarına toxunaraq İrəvanın bu hücumlarının bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha qeyd edib.
Bu hücumların açıq şəkildə beynəlxalq hüquqa zidd olduğunu və hücumları qətiyyətlə pislədiklərini söyləyən Akar, “Qarabağ və ətraf bölgələrin qanunsuz işğalı Azərbaycanda bir milyondan çox insanın daxili köçkünlüyünə səbəb olub. Türkiyə, Azərbaycanla həmrəylik içindədir və ərazi bütövlüyünü və cəmiyyəti qorumaqla ona dəstək verməyə davam edəcək.