10 C
Baku
Friday, January 10, 2025

Vaxtı keçmiş kreditlər- son 5 il (Araşdırma)

Son aylar Mərkəzi Bank tərəfindən hazırlanan bullitenlərdə vaxtı keçmiş kreditlərin sürətlə artmasının şahidi oluruq. Araşdırmalar onu göstərir ki, hazırda ölkədə geri qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manata çatır.

Banker.az portalı olaraq ölkə banklarının kredit portfeli və vaxtı keçmiş kreditləri haqqında apadığımız təhlili diqqətinizə çatdırırıq.

Hazırda vaxtı keçmiş kreditlər bankların ən vacib problemlərdən biridir. Belə ki, ilin əvvəlindən vaxtı keçmiş kreditlər 85 mln manat və yaxud 11% artmasına baxmayaraq son illər ərzində ciddi artımlar qeydə alınıb. 2014- cü ilin son 6 ayı ərzində ölkədə kredit qoyuluşu isə 17 034,0 mln  manat təşkil edir. Vaxtı keçmiş kreditlərin ölkənin ümumi kredit portfelində payı 6 faizdən, bütövlükdə banklar üzrə kredit portfelindəki payı isə 4 faizdən çoxdur.

Son 5 il ərzində vaxtı keçmiş kreditlər 597 mln manat mln manat artıb. Bu da son 5 ilə müqayisədə təxminən 3 dəfə  artım deməkdir. Hazırda sizə son 5 ildə vaxtı keçmiş kreditlər üzrə baş vermiş artımı diqqətinizə çatdırırıq.

Milyon manat

Capture4

Ekspertlər fikrincə, vaxtı keçmiş və qaytarılmayan kreditlərin portfelində istehlak kreditləri üstünlük təşkil edir.  Vaxtı keçmiş kreditlər üzrə göstəricilərin azalması üçün ciddi qərarların verilməsinə baxmayaraq, bu göstərici sürətlə artmaqdadır.  Belə ki, problemli kreditlərin azalması üçün Mərkəzi Bank tərəfində ölkə banklarına kreditlərinin verilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Lakin bu məhdudiyyətlər problemli kreditlərə o qədər də təsir etdiyini deyə bilmərik.  Çünki ay ərzində vaxtı keçmiş kreditlər üzrə stabil artımlar bu seqmentdə heç bir dəyişikliyin olmamasının bariz nümunəsidir.

Son xəbərlər
Digər xəbərlər