Azərbaycanın mobil rabitə operatoru “Azerfon” (“Nar” ticarət nişanı) “Nar+” tətbiqinə və nar.az saytına VPN-lə girişi dayandırıb.
Şirkətdən verilən məlumata görə, VPN-dən istifadə zamanı telefonda olan məlumatlar, müxtəlif proqramlara giriş üçün zəruri olunan şifrələr ələ keçirilə bilər.
“Bütün bunları nəzərə alaraq, istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Nar+” tətbiqinə və nar.az saytına VPN-lə giriş dayandırılır”, – şirkətdən bildirilib.