25 C
Baku
Sunday, October 6, 2024

Sadəcə Şotlandiya…

Şotlandiya 3 əsrdən çox Böyük Britaniyanın bir hissəsi olsa da, Britaniyanın digər hissələrinə bənzəmir. Bəs Şotlandiya haqqında nələri bilmirik:

Şotlandiyanın gerbində kərgədan təsvir edilib.

Dünyada ən qısa gündəlik reyslər Şotlandiyada baş tutur. Uçuşun uzunluğu yarım mil təşkil edir və Uestrey şəhərindən Papa Uestreyə qədərdir. Səyahət isə 1 dəqiqə 14 saniyəni əhatə edir.

Şotlandiya təxminən 790 adanı əhatə edir və bu adalardan 130-u kimsəsizdir.

Cənubi Lanarkşirdə Hamilton Mavzoleyində dünyanın ən uzun əks-sədasını yaşamaq mümkündür. Burada əks-səda 15 saniyə davam edir.

Eilean_Donan_Castle_Near_Do

Şotlandiya razisinin 600 kvadrat mildən çoxu şirin su hövzələrinə sahibdir ki, ən məşhur Loh-Ness gölü də burada yerləşir.

Şotlandiyanın paytaxtı Edinburq Qlazqodan sonra ölkənin ikinci böyük şəhəridir.

Edinburq dünyada şəxsi yanğınsöndürmə briqadası yaratmış ilk şəhərdir.

Edinburq da Roma kimi 7 təpə üzərində qurulub. Şəhərdə dünyada olduğundan daha çox memarlıq nümunələri yerləşir.

Saint Endruis şəhəri “qolfun vətəni” hesab edilir. Burada hələ XV əsrdən başlayaraq qolf oynanılmağa başlanılıb.

Hazırda Şotlandiya İngiltərədən sonra Böyük Britaniyanın ikinci böyük ölkəsidir.

Şotlandiyanın devizi “Nemo me impune lacessit”-dir.

Şotlandiyanın ən yüksək nöqtəsi 1343 metr – Ben Nevisdir.

Şotlandiyanın Aberdin şəhəri Avropanın neft paytaxtıdır.

Son xəbərlər
Digər xəbərlər