7 C
Baku
Thursday, December 12, 2024

Mövlud Çavuşoğlu: “Azərbaycan Türkiyədən yardım istəməyib”

Münaqişənin həll olunmaması Ermənistanı təxribata sövq edir.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bu problemi həll etmək istəyirlərsə, Ermənistandan işğal olunmuş əraziləri tərk etmələrini tələb etməlidirlər. Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistan daha da cəsarətlənir.

Çavuşoğlu bildirib ki, Azərbaycan öz topraqlarını azad etmək üçün vuruşur, Ermənistan tez bir zamanda işğal etdiyi əraziləri boşaltmalıdır:

“Azərbaycan Türkiyədən yardım istəməyib. Əgər münaqişə həll olunmazsa, Azərbaycan Türkiyəyə hər hansı müraciət edərsə, heç tərəddüd etmədən Azərbaycana yardım edə bilərik. Regioanda stabillik olması üçün Ermənistan işğal etdyi ərazilərdən çıxmalıdır. Ermənistanın işğalı regionda sülhə ciddi zərbədir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər