Avropa İttifaqı Dağlıq Qarabağda atəşkəs rejiminin bərpa edilməsinin tərəfdarıdır, çünki hərbi metodlarla münaqişənin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil.
“Biz, əlbəttə ki, burada atəşkəs rejiminin bərpa edilməsinin tərəfdarıyıq. Bu, münaqişənin sülh yolu ilə həllinin yeganə yoludur”, – deyə Merkel Aİ liderlərinin Brüssel sammitindən sonra cümə hünü keçirdiyi mətbuat konfransında bildirib.