9 C
Baku
Thursday, December 12, 2024

Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutub, 2 mülki şəxs yaralanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə Report agentliyinin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin atdığı top mərmilərindən bir neçəsi rayonun mərkəzi küçəsinə və Tərət Rayon Prokurorluğunun qarşısına düşüb. Nəticədə Tərtər sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədov və Sumqayıt şəhər sakini Ozal Həsənov yaralanıb.

Hazırda döyüşlər davam edir.

Son xəbərlər
Digər xəbərlər