6 C
Baku
Sunday, December 15, 2024

Prezident 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, – deyə məlumatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər