Rusiya Maliyyə Nazirliyinin sözçüsü Maksim Oreşkin qarşıdan gələn ildə inflyasiya rəqəminin 8 faizi keçəcəyini açıqlayıb.
Nazirlik rəsmisi sanksiyalar nəticəsində ölkədə qiymətlərin kəskin şəkildə artdığını etiraf edib:
“2015-ci ilin əvvəlində inflyasiya ən yüksək həddə çatacaq. Bu vaxta kimi ən yüksək rəqəm iyun-iyul aylarında qeydə alınmışdı. Lakin gələcək inflyasiya dalğası bundan da təhlükəli ola bilər. Embarqo səbəbindən qiymətlərin artması və rublun dəyərdən düşməsi inflyasiyaya təsir edən əsas amillərdir. Biz cari ilin əvvəlində vəziyyətin bu yerə gəlib çıxacağını təxmin etməmişdik”.
Axar.az