Mənbə: Ordumuz qondarma rejimin mobil operatorunu məhv etdi

Azərbaycanın Ermənistanın təxribatına qarşı əks-hücm əməliyyatlarından sonra Xankəndi şəhərində yerləşən hərbi bazalar və terrorçu qrupların məskən saldğı yerlər partladılmağa başlayıb. Artıq müharibənin 9-cu günündə Xankəndində yerləşən Elektrik Stansiyaları da partladılıb.

Banker.az bu barədə, İTV-nin müharibə zonasına ezam edilmiş müxbiri Heydər Mirzəyə istinad edir.

“Karabakh Telekom” artıq mövcud deyil… İşğal altında olan ərazilərdə düşmənin strateji təyinatlı infrastrukturunun çökdürülməsi davam edir”- deyə o bildirib.

Qeyd edək ki, “Karabakh Telecom” livanlı iş adamına məxsudur. Bir neçə gündür, bu telekommunikasiya şirkətindən hərbi məqsədlər üçün istifadə edildiyi bildirilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər