20 C
Baku
Sunday, October 6, 2024

Depozit üzrə orta faiz dərəcəsi aşağı düşür

Ölkədə depozitlər üzrə orta faiz dərəcəsi manatla 8,92 %, xarici valyuta ilə 9,39% təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki aylarla müqayisədə depozitlər üzrə orta faiz dərəcəsi aşağı enməyə başlayın. Həmçisin son iki ay ərzində depozit üzrə orta faizlərin daha aşağı düşdüyü müşahidə olunub.

Bununla yanaşı hüquqi şəxslər üzrə depozitlər orta faiz dərəcəsi manatla 5,47%, xarici valyuta ilə 3,53%, fiziki şəxslər üzrə isə manatla 9,43%, xarici valyuta ilə isə 9,96% təşkil edib.

Qeyd edək ki, depozitlər üzrə faiz dərəcəsinin ən yüksək vaxtı 9,42%-lə ilin əvvəlində müşahidə olunub. Cari il üzrə ən aşağı faiz dərəcəsi isə bu ay qeydə alınıb.

O cümlədən 1 aya qədər verilən depozitlər manatla 5,6%, xarici valyuta ilə 4,77% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər