Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyata alınması qaydası dəyişib.
İqtisadiyyat Nazirliyinin bununla bağlı “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nda dəyişiklik edib.
Qərara əsasən, hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizəyə investisiya layihəsinin yerinə yetirilməsinə dair bank qarantiyası da əlavə olunmalıdır.