“Düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək”.
Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə deyib.
Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.