2 C
Baku
Sunday, December 15, 2024

Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR

“İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təsdiq etdiyi Qərar, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Belə ki, sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası vasitəsilə həyata keçirilir.

Sığortaolunanlar üzrə illik sığorta haqqının dərəcəsi minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirilir və müvafiq olaraq sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.

Sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

Sığortaolunan tərəfindən ödənilməli olan sığorta haqqının hesablanmasına nəzarət sığorta haqqını ödəmək öhdəliyi yarandığı andan etibarən agentliyin məlumat bazası vasitəsilə sığortaolunanın FİN-i üzrə elektron şəkildə aparılır.

Sığorta haqqının ödənilməsinə nəzarət agentliyin məlumat bazası vasitəsilə aparılır və sığorta haqqını ödəməmiş sığortaolunanlara dair hesabat real vaxt rejimində generasiya olunur.

İlkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir.

Son xəbərlər
Digər xəbərlər