Xarici İşlər Naziri Dmitri Kuleba Azərbaycanın ərazi bütövlüyünü kökündən dəstəklədiyini söyləyib.
Banker.az xəbər verir ki, bunu Xarici İşlər Naziri Dmitri Kuleba BBC-yə verdiyi müsahibəsində bildirib.
Nazir Ukraynanın Qarabağda müharibənin yenidən başladığına görə təəssüfləndiyini, vasitəçi kimi çıxış etməyə hazır olduğunu və o cümlədən Azərbaycanın ərazi bütövlüyünü kökündən dəstəklədiyini söyləyib .
“Özünün silahlı qarşıdurma nəticəsində işğal olunmuş əraziləri olan bir ölkə olaraq, əlbəttə ki, işğal olunmuş bir dövlətin ərazi bütövlüyünün tərəfdarıyıq. Bunun Ermənistan, Azərbaycan və ya başqası olmasının heç bir əhəmiyyəti yoxdur. Ukrayna bu baxımdan hər zaman Azərbaycanı dəstəkləyir və bu haqda danışmağa belə ehtiyac yoxdu”
Əgər tərəflər razı olsalar Kuleba Qarabağdakı münaqişənin sülh yolu ilə həll olunmasında vasitəçi olmağa hazır olduğunu söyləyib.
“Ancaq bunun üçün bir tələb olmalıdır, cavablandırılmalıdır. Buna görə də indi münaqişəni izləyirik, ümid edirik ki, sona çatacaq və qurbanların sayı minimum olacaq – deyə Ukraynanın Xarici İşlər Naziri bildirib.