20 C
Baku
Sunday, October 6, 2024

Kreditlər üzrə faiz dərəcələri artıb

1 sentyabr tarixində ölkədə kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,31 %, xarici valyuta ilə 14,54 % təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay 11,09 % olan orta faiz dərəcəsi artaraq 14.31 %-ə çatıb.

Cari il ərzində kreditlər üzrə ən yüksək faiz dərəcəsi manatla 14,4 %-lə fevral ayında, ən aşağı faiz dərəcəsi isə 14,05%-lə may ayında müşahidə olunub.

Bununla yanaşı hüquqi şəxslər üzrə kreditlər orta faiz dərəcəsi manatla 10,96 %, xarici valyuta ilə 10,12%, fiziki şəxslər üzrə isə manatla 18,29 %, xarici valyuta ilə isə 21,10 % təşkil edib.

1 aya qədər verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,33 %, xarici valyuta ilə isə 15,67 % təşkil edib.

Son xəbərlər
Digər xəbərlər