ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ zonasında humanitar atəşkəs elan edilməsini təklif edib.
Banker.az xəbər verir ki, bu barədə ATƏT məlumat verib.
Verilən məlumata görə, əsas məqsəd cəsədlərin hərbi əməliyyatlar zonasından çıxarılmasını təmin etməkdir.
Həmsədrlərin fikrincə, bu müvəqqəti olsa da, atəşkəs istiqamətində ilk addım ola bilər.
Beynəlxalq Qırmızı Xaç vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.