3 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın dövlət borcu Trampın prezidentliyi dövründə 7 trilyon dollar artıb

ABŞ-ın dövlət borcu Trampın prezidentliyi dövründə, yəni 2017-ci ilin yanvarından bu günə qədər 7 trilyon dollar artıb. Banker.az xəbər verir ki, bu barədə CBS kanalına istinadən “Tass” məlumat verib.

O, ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi sənədləri təhlil edərək, 1 oktyabr (ABŞ-da maliyyə ilinin başlanğıcı) tarixində dövlət borcunun 27 trilyon dolları keçdiyini müəyyənləşdirib. Telekanalın verdiyi məlumata görə, Covid-19 pandemiyasının yaratdığı böhrandan sonra, Amerika iqtisadiyyatının bərpası üçün lazımlı tədbirlərlə əlaqədar olaraq dövlət borcu daha da artacaq. Belə ki, bu günədək Amerika rəhbərliyi Konqresin razılığı ilə iqtisadiyyatı stimullaşdırmaq üçün 6 trilyon dollardan çox vəsait xərcləyib.

2016-cı il seçki kampaniyası dövründə Tramp dövlət borcu problemini yeddi ilə həll edəcəyini bildirmişdi. İqtisadi nöqteyi-nəzərdən prezident islahatlara və ticarət müqavilələrinin yenidən nəzərdən keçirilməsinə güvənib.

Xatırladaq ki, Barak Obamanın 8 illik prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatmışdı. Hesablamalara görə, bu ilin sonuna qədər bu göstərici demək olar ki, ÜDM-yə bərabər olacaq. 2019-cu ildə o, ÜDM-nin 79%-ni, 2007-ci ildə isə 35%-ni təşkil edib. 2023-cü ildə bu göstəricinin ÜDM-nin 107%-ni təşkil edə biləcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər