7 C
Baku
Thursday, December 12, 2024

Çavuşoğlu alman nazirlə Qarabağı müzakirə etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Massla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Bu barədə Çavuşoğlu “Twitter” hesabında yazıb.

Görüş Slovakiyada keçirilən 15-ci Bratislava Təhlükəsizlik Forumu (GLOSBEC 2020) çərçivəsində baş tutub.

“Almaniyanın Xarici İşlər naziri ilə əməkdaşlıq məsələlərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Yaxın Şərq və digər mövzuları müzakirə etdik”, – deyə Çavuşoğlu bildirib.

Son xəbərlər
Digər xəbərlər