20 C
Baku
Sunday, October 6, 2024

Ya davam, ya tamam!

Meşə qırılması üzrə illik dünya çempionatı Britaniya Kolumbiyasında keçirilirdi. Çempionatın final mərhələsində kanadalı və norveçli iki şəxs mübarizə aparmalı olur.

Onların əsas tapşırığı bundan ibarət idi: belə ki, onlardan hər birinə meşənin müəyyən bir hissəsi verilirdi. Səhər 8-dən 4-ə qədər daha çox sayda ağac qıran şəxs qalib elan edilirdi.

Səhər 8-dən fit çalınır və iki odunçu lazımi vəziyyətdə dayanır. Onlar ağac ağac dalınca qırmağa başalyırlar. Taki kanadalının norveçlinin dayandığını eşidənə qədər. Onlar yenidən sinxron şəkildə işləməyə başlayırlar. Bir müddət keçdikdən sonra isə kanadalı norveçli odunçunun yenidən dayandığını eşidir. Yenidən kanadalı rəqibinin zəifliyindən istifadə etmək niyyətilə işə başlayır.

Saat 10-da norveçli yenidən işə başlayır. Hər şeydən günün əvvəlində olduğu kimi davam edir. Norveçli qısa fasilələlər ilə işləməyə davam edirdi. Beləliklə də, bunu görən kanadalı artıq qələbə qoxusunu hiss edirdi.

Və bu bütün günü belə davam etdi. Norveçli hər saatın əvvəlində 10 dəqiqəlik fasilə verdiyi zamanda da kanadalı işləməyə davam edirdi. Yarışın bitdiyini elan edən siqnal səsləndikdə kanadalının qalib olduğuna dair heç bir şübhəsi yox idi. Onun heç də düşündüyü kimi qalib olmadığını öyrəndikdə necə təəccübləndiyini təsəvvür belə edə bilməzsiniz.

— Bu necə mümkün oldu? — deyə norveçlidən soruşdu. — Hər saatın əvvəlində sənin 10 dəqiqəlik işi dayandırdığını eşidirdim. Bəs lənət olsun, necə olur ki, məndən daha çox ağac doğraya bilmisən? Bu mümkün deyil.

— Əslində hər şey çox sadədir. Hər saatın əvvəli mən 10 dəqiqəlik işi dayandırırdım və sən işə davam elədiyin bir vaxtda mən öz baltamı itiləyirdim…

Son xəbərlər
Digər xəbərlər