6 C
Baku
Sunday, December 15, 2024

İtaliya hökuməti nağd puldan imtina etmək istəyir

“Bloomberg” mənbələrə istinadən yazır ki, pandemiyanın vurduğu zərbədən sonra ölkə iqtisadiyyatını bərpa etmək üçün, İtalyan səlahiyyətliləri nağdsız əməliyyatları stimullaşdırmaq üçün milli proqram hazırlamağa hazırlaşırlar.

Agentliyin bildirdiyinə görə, 2022-ci ilə qədər davam edəcək təşəbbüs çərçivəsində İtaliya vətəndaşlarına hər nağdsız ödənişdən 10% (300 avrodan çox olmayaraq) geri qaytarılacaq. Bundan əlavə, proqram iştirakçılarına mükafat fondu 300 milyon avro olan lotereyada şanslarını sınamaq təklif ediləcək.

Qeyd edək ki, nağdsız və rəqəmsal ödəmə üsulu italyan əhalisi arasında populyar deyil. Bu proqram italyanlıların vərdişlərini dəyişdirmək və ölkənin ÜDM-sinin 12%i olduğu təxmin edilən iqtisadi fəaliyyətin həcmini azaltmaqla vergi gəlirlərini artırmaq üçün hazırlanıb.

Son xəbərlər
Digər xəbərlər