3 C
Baku
Saturday, December 14, 2024

Etmək istəyirəm, yoxsa etməliyəm – hansı daha vacibdir?

Həyatda elə anlar olur ki, insan bu və ya digər işi etməyə məcbur qalır. Məsələn, işi ilə bağlı hesabat hazırlamalıdır və ya müdirinin tapşırığı ilə sevmədiyi şəhərlərdən birinə ezamiyyətə getməlidir. Həmin an bizim ürəyimizdən tamamilə başqa bir şey keçə bilər, lakin “etməlisən” olduğu kimi qalır və daxilimizdə bu öhdəliklərə qarşı müqavimət yaranmağa başlayır. 

Əslində, insan etməli olduğu işi onsuzda edəcək, çünki etməməkdən irəli gələn mənfi nəticələrlə qarşılaşmaq istəmir. Biz adətən etməli olduğumuz işləri yerinə yetirəndən sonra “Nəhayət, işlərimin öhdəsindən gəldim, halal olsun mənə!” düşünmürük, əksinə olaraq digər insanlardan tərif və ya maddi mükafat gözləyirik. Məsələ orasındadır ki, bu tərif və ya mükafat olmaya da bilər. Düşünsək, bizə tərif və ya mükafat verəcək insan bunu etməyə məcbur deyil, biz isə özümüzə lazımsız, əhəmiyyətsiz insan kimi baxacağıq, həyatdan zövq almağın nə olduğunu unudacağıq.  

Bəs onda nə etmək lazımdır?

Psixoloqlar deyirlər ki, istəmədiyiniz işi etmək üçün beyninizdə “etməliyəm” düşüncəsini “etmək istəyirəm” düşüncəsi ilə əvəz etməlisiniz. İlk baxışdan bu fikir sizə qəribə gələ bilər, lakin bu metod həqiqətən də effektivdir. 

Tutaq ki, həftə sonu evdə təmizlik işlərini aparmalısınız. Gənc qız həftə sonunu sevgilisi ilə keçirmək istədiyinə görə ev işlərini etmək istəmir. Lakin başa düşür ki, sonra bunun üçün vaxtı olmayacaqdır. 

Bu halda məsələyə fərqli nöqteyi-nəzərindən baxmaq lazımdır. Əgər o evini yığışdırsa, haqqında “ev işlərini yaxşı bacarıram” deyə biləcək, özünü evdə rahat hiss edəcək və çəkinmədən sevgilisinə qonaq olmağı təklif edə biləcək. Yəni, problemə fərqli yöndən baxmaq kifayət edir. 

Və bu, hər bir şeyə aiddir. Əgər işçi hesabatı rəhbərliyə vaxtında təqdim etsə, gördüyü işdən məmnun qalacaq və daha maraqlı tapşırıqları yerinə yetirmək üçün həvəsi artacaq.

Siz “bu cür yaşamaq” mərhələsindən “istədiyim kimi yaşamaq” mərhələsində keçməyə çalışmalısınız. 

“Etməliyəm” düşüncəsindən “etmək istəyirəm” düşüncəsinə keçmək üçün lazımdır:

  1. Özünə qarşı dürüst olmaq
  2. Nəyisə etmək mümkün olmadıqda, əldə etdiyiniz nəticəni qəbul etməyə hazır olmaq
  3. Əməyinizi obyektiv qiymətləndirmək

Və bundan əlavə, siz özünüz özünüzə maraqlı olmalısınız ki, tək qalmaqdan qorxmayasınız. Yalnız bu halda digər insanlara “yox” deyərək, özünüzü borclu hiss etməyəcəksiniz. Əgər nəyisə etmək istəmirsinizsə, etməyin. 

Vacib olan məqamlardan biri də nəyisə çatdıra və ya edə bilmədikdə, aldığınız nəticəni qəbul etməyə hazır olmaqdır. Siz hər şeyi əvvəlcədən düşünüb hadisələrin inkişaf variantlarını nəzərinizdən keçirməlisiniz. Bunu etdikdən sonra, hər şeyin düşündüyünüz qədər pis olmadığını başa düşəcəksiniz. Nəticələri qəbul edərək, onlara görə məsuliyyət daşımaqdan qorxmamaq lazımdır. Beləliklə, “etməliyəm” ifadəsini “etmək istəyirəm” ifadəsi ilə rahatlıqla əvəz edə bilərsiniz. 

Əgər etməli olduğunuz bu və ya digər işin sizin üçün heç bir faydası olmadığını düşünürsünüzsə, daha diqqətli olun və “etmək istəyirəm” məqamlarını tapacaqsınız. 

Əgər insan yalnız istədiyi işlərlə məşğul olsa, o işindən məmnun olacaq, əldə etdiyi nəticədən razı qalacaq və həyatından zövq alacaq. Bütün bunların məcmusuna xoşbəxtlik deyilir. 

Son xəbərlər
Digər xəbərlər