Ermənistanda Dağlıq Qarabağdakı hərbi əməliyyatlar səbəbindən sentyabrın 27-də tətbiq edilmiş hərbi vəziyyət rejimi, əlavə məhdudiyyətlər tətbiq edilərək, daha da sərtləşdirilib.
“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə hökumət saytında bildirilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Ermənistanın müdafiə qabiliyyətini şübhə altına alan verilişlər yayımlamaq olmaz. “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”,-Nazirlər Kabinetinin qərarında deyilir.
Müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti informasiyanın yayılmasının dayandırılması, çap avadanlığının, radio və audio yayım texnikasının, surətçıxarma aparatlarının müvəqqəti götürülməsi və ya və ya üzərinə həbs qərarı qoymaq səlahiyyətlərinə malik olan Ermənistan polisi həyata keçirəcək.