6 C
Baku
Sunday, December 15, 2024

İctimai nəqliyyatda koronavirusdan qorunmağın üsulları açıqlandı

Rusiyanın İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətinin (“Rospotrebnadzor”-red) Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vadim Pokrovski ictimai nəqliyyatda koronavirusdan qorunmağın üsullarını açıqlayıb.

Bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, qoruyucu maskanı metroya və ya avtobus dayanacağına bir neçə yüz metr qalmış geymək lazımdır. Çünki orada böyük miqdarda insan toplaşır. Həmçinin ictimai nəqliyyatdan istifadə edərkən qoruyucu maskanı sona qədər çıxarmamaq lazımdır.

Bununla yanaşı, ekspert əlcəkdən istifadəni də tövsiyə edib. O, nəqliyyatda istifadə zamanı ətrafdakı predmetlərə mümkün qədər az toxunmağı məsləhət görüb.

V.Pokrovskinin sözlərinə görə, nəqliyyatdan istifadə etdikdən sonra ilk imkan olduqda əlləri yumaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər