6 C
Baku
Sunday, December 15, 2024

Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov respublika paytaxtında ikinci dəfə fövqəladə vəziyyət elan edib. Birinci fərman Parlament tərəfindən təsdiqlənməmişdi.

TASS-ın məlumatına görə, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

“Qırğızıstan Respublikasının Prezidenti Bişkek ərazisində təkrar fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzaladı”, – deyə məlumatda bildirilib.

O da vurğulanıb ki, qərar parlamentin üç gün ərzində paytaxtda əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət məsələsini nəzərdən keçirməməsi səbəbindən qəbul edilib.

Xatırladaq ki, Qırğızıstan Prezidenti bundan əvvəl 9 oktyabr (saat 20.00) – 21 oktyabr (saat 08.00) tarixləri arasında Bişkek ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalamışdı.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər