15 C
Baku
Sunday, November 24, 2024

“Ford”un yeni modeli bütün dünyada satışa çıxarılacaq

Ford şirkəti Mustang Mach 1 modelini gələn il satışa çıxaracağını söyləyib. 5 litrlik Coyote V8 motoru ilə təqdim olunan model istifadəçilərə xeyli iddialı xüsusiyyətlər vəd edir.

Sözügedən model ilk dəfə 1968-ci ildə istehsal olunsa da, sonradan bir neçə dəfə yenilənmə və dəyişikliklərə məruz qalıb. Şirkət, həmçinin Mustang Mach 1-i təqdim etmək məqsədilə Shelby GT350 və GT350R modellərinin istehsalına son verəcək. Bu günədək həmin modellər Şimali Amerikadan başqa digər ölkələrdə satışa çıxarılmamışdı. Mustang Mach 1 isə bütün dünyada satışa çıxarılacaq.

Sözügedən yeni model 480 at gücünə (358 kilovat) sahibdir. Mustang Mach 1 istifadəçilərə 10 pilləli SelectShift avtomatik transmissiya seçimi təqdim edir.

Qeyd edək ki, modelin 2021-ci ilin yaz aylarında satışa çıxarılacağı gözlənilir.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər