10 C
Baku
Thursday, December 12, 2024

Qarabağ müharibəsindəki dronlar ABŞ ordusu generalının diqqətini çəkib

Dağlıq Qarabağdakı qarşıdurma zamanı pilotsuz uçan aparatların(PUA) aktiv istifadəsi Amerika Silahlı Qüvvələrinin modernləşdirilməsinin zəruriliyini, o cümlədən hava hücumundan müdafiə sistemlərinin inkişafının vacibliyini göstərir.

ABŞ Ordusunun Baş Qərargah rəisi, general James Makkonvill bu fikri “Army Times” qəzetinə verdiyi müsahibəsində söyləyib.

TASS agentliyinin izah etdiyi kimi, bölgədəki müharibə metodları çoxlarının tankların müasir döyüş üçün çox yavaş və bahalı bir vasitə olub-olmadığını düşünməyə vadar edib.

Ancaq, ABŞ Quru Qoşunlarının rəhbərliyi belə düşünmür. MakKonvil Qarabağdakı qarşıdurmanın pilotsuz təyyarələri məğlub etmək üçün hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsinin prioritet olduğunu deyir.

“Hava üstünlüyümüz var, ancaq gələcəkdə bunu mütləq şəkildə görmürük. Bu döyüşlərdə [Qarabağda] gördüyümüz kimi ölümcül pilotsuz təyyarələr var” deyib.

Qəzet yazır ki, bu səbəbdən də MakKonvil ABŞ Quru Qoşunlarının modernləşdirilməsinin prioritetlərindən biri kimi hava hücumundan və raketlərdən müdafiə sistemlərinə üstünlük veriləcəyini vurğulayıb. Buraya, xüsusilə Stiker döyüş zirehli maşınlarına Stinger qısa mənzilli raket sistemlərinin quraşdırılması daxildir.

“İnsansız hava sistemlərinin qruplarını tanımaq və onları vurmaq üçün bir çox imkanları inkişaf etdiririk” deyib Amerikalı general.

Bununla birlikdə, tanklar və piyadaların döyüş maşınları, onun fikrincə, hələ də mühüm rol oynayır:

“Onları gələcəkdə də görürəm, çünki əsgərlərin bu ölümcül döyüş meydanından keçərkən qorunması lazımdır”.

O, döyüş əməliyyatları zamanı ordunun müxtəlif qolları arasında ən operativ koordinasiyanın vacibliyini də bildirib.

Son xəbərlər
Digər xəbərlər