Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Xocalı soyqırımını törədənlər Gəncəyə hücum təşkil edib: “Gənəcyə raket hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərarı şəxsən Paşinyan (Ermənistanın baş naziri Nikol Paşinyan-red) tərəfindən verilib”.







