BMT-nin Qlobal Fəlakət Riskinin Azaldılması Agentliyinin hesablamalarına görə, təbii fəlakətlər qlobal iqtisadiyyata son 20 ildə təxminən 3 trilyon dollar zərər vurub.
Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.
Təşkilat bildirir ki, 2000 – 2019-cu illərdə təxminən 1,23 milyon insanın ölümü ilə nəticələnən 7348 qlobal kataklizm olub. Fəlakətlər nəticəsində dünya iqtisadiyyatı 2,97 trilyon dollar itki verib.
Ekspertlərin vurğuladığı kimi, son 20 ildə (1989-cu ildən 1999-cu ilədək) təbii fəlakətlərin sayı demək olar ki, iki dəfə az olub – 4212. Onlar 1,19 milyon insanın həyatına son qoyub və dünya iqtisadiyyatına 1,63 trilyon dollara başa gəlib.
Son 20 ildə təbii fəlakətlərin sayının artması ilk növbədə qılım dəyişikliyi ilə əlaqələndirilir. Məsələn, daşqınların, fırtına və meşə yanğınlarının sayı iki dəfə artıb.







