Ermənistanın mülki insanlara hücum etməsi yeni fakt deyil. Ermənistan hər zaman son dərəcə təcavüzkar davranır, insanlıq və müharibə cinayətləri törədir.
Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Gəncəyə hücumu barədə danışarkən deyib.
Nazirin sözlərinə görə, Ermənistan bunu artıq vərdiş halına gətirib: “Ermənistan rəhbərliyi bu mövzuda çox ehtiyatsız davranır. Göstərilən dəstək bunları son dərəcə qudurdub. Nə qanuna, nə də insani dəyərlərə hörmət edirlər. Təəssüf ki, Gəncəyə və digər bir çox yaşayış məntəqəsinə amansızcasına hücum etdilər və hücumlarına davam edirlər. Bunlar həm də atəşkəsin pozulması deməkdir. Bir gün həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”.