12 C
Baku
Wednesday, December 11, 2024

İngiltərə Bankı uçot dərəcəsini mənfiyə endirməyə hazırlaşır

İngiltərə Bankı (Bank of England – BoE) ölkədəki kommersiya banklarının mənfi uçot dərəcəsinə hazır olub-olmamalarını yoxlamaq üçün sorğu keçirib.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, qurum faizlərin mənfiyə düşməsi vaxtının yaxınlaşdığını bildirib. Bu baş versə, yerli banklar depozit saxlamaq üçün BoE-yə ödəniş etməli olacaq.

Britaniya rəsmiləri də koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi təzyiqlər fonunda uçot dərəcəsinin mənfiyə endirilməsinə razı olduqlarını bildiriblər. Məqsəd odur ki, banklar pullarını tənzimləyici qurumda saxlamaq əvəzinə kredit versinlər.

Mənfi faiz həm də bankların əmanətçilərinin gəlirlərinin xərclərlə əvəz olunması ilə nəticələnə bilər, lakin ölkədə buna problem kimi baxmırlar.

Xatırladaq ki, uçot dərəcəsinin mənfi olmasa İngiltərə üçün yeni təcrübədir. Dünyadakı əksər banklar isə bu addımı atıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər