Azərbaycan 2015-ci ildə Avropa Oyunlarının keçirilməsi üçün 1,3 milyard manat vəsait ayrılacaq.
Bu məlumat Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunmuş 2015-ci il dövlət büdcəsi layihəsində qeyd edilib.
2015-ci ildə ayrılmış 1,3 milyard manat Avropa Oyunlarının keçirilməsi, idman infrastrukturunun yaradılması hazırlıq və təşkilatı fəaliyyətinin yaradılması ilə bağlı xərclənib.
2015-ci il dövlət büdcəsinə 9,366 milyon manat vəsait ayrılacaq, bu da 2014-ci ilə nisbətən 11,5 % çoxdur.Ümumiyyətlə, gələn ilin dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üçün 6 milyard 930 milyon manat nəzərdə tutulur.