Amerikanın “Johnson & Johnson” koronavirus peyvəndinin sınaqlarında iştirak edən könüllülərdə aşkar edilmiş naməlum xəstəlik səbəbindən son sınaq mərhələsini dayandırır.
Banker.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında verilən açıqlamada bildirib.
“Biz tədqiqat iştirakçılarında aşkar edilmiş səbəbi açıqlanmayan xəstəliyə görə sınaqların üçüncü mərhələsini müvəqqəti olaraq dayandırmaq qərarına gəldik”, – mesajda deyilir.
Həkimlər qaydaların tələb etdiyi kimi xəstənin vəziyyətini öyrənirlər. Bütün lazımi məlumatları topladıqdan sonra könüllülərin səhhəti ilə bağlı əlavə məlumatların yayımlanacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl “Johnson & Johnson”un koronavirus peyvəndinin üçüncü sınaq mərhələsinə sentyabrın 23-də başladığı məlum olmuşdu. Bu mərhələdə Argentina, Braziliya, Kolumbiya, Meksika, Peru, ABŞ, Çili və Cənubi Afrika Respublikasından təxminən 60 000 könüllünün iştirak edəcəyi bildirilmişdi.