Venesuela hakimiyyəti pandemiya səbəbindən ilk dəfə mart ayında tətbiq olunan daxili və beynəlxalq uçuşlara qoyulan qadağanın 12 noyabradək uzadılmasına qərar verdi.
Bu barədə Milli mülki aviasiya institutunun “Twitter”də yayımladığı mesajda deyilir.
Qeyd edilir ki, qadağa humanitar, poçt və yük uçuşlarına şamil edilmir.
Venesuela hakimiyyəti ölkədə ilk iki yoluxma hadisəsini martın 13-də qeydə alıb və həmin gün fövqəladə vəziyyət elan edildiyini bildirib. Martın 17-də prezident Nikolas Maduro bütün ölkədə karantin rejiminin tətbiq edilməsi qərarını açıqlayıb. Bu günə qədər respublikada 83 137 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 697 nəfər sözügedən xəstəlikdən ölüb.