12 C
Baku
Saturday, November 23, 2024

“Bölgədə artıq Türkiyə var”: Şoyqunun istəyini yerinə yetirmək tarixdə – 2016-cı ildə qaldı

Ötən gün, Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək Suriya və Liviyadakı durumla yanaşı Dağlıq Qarabağdakı döyüşləri də müzakirə edib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğluna zəng etmişdi. Bir gün Rusiya Prezidenti Vladimir Putin eyni mövzunu müzakirə etmək məqsədilə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana zəng edəcək.

“Bütün bunlar ondan xəbər verir ki, Kremldə anlayırlar ki, Türkiyənin rəyi nəzərə almadan keçinmək mümkün olmayacaq. Türkiyə isə Azərbaycanın tələbini qətiyyətlə təkrarlayır: Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır!”- deyə, siyasi şərhçi Elxan Şahinoğlu bu məsələyə aydınlıq gətirərkən bildirir.

hulusi akar
Hulusi Akar

Rusiyanın “Rossiya” televiziya kanalının ermənipərəst aparıcısı Solovyov iki gün öncəki verilişində Azərbaycanı Rusiyanın müdafiə naziri ilə hədələyərək bunu demişdi: “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq”.

E.Şahinoğlu deyir ki, Şoyqunun istəyini yerinə yetirmək tarixdə – 2016-cı ildə qaldı, 4 il keçib, bölgədə artıq Türkiyə var.

“Həmin Şoyqu telefonda Hulusi Akarın bu sözlərini dinləmək məcburiyyətindədir: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq”.

O bundan əlavə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulmuş Minsk Qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya Portuqaliya da var.

Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Belarus məlum, “öz hayındadır”.

“ İsveçi Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin Qrupda olmasının bizə nə faydası var?”

Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar formatı dəyişdirilməməlidir.

Elxan Şahinoğlu bildirir ki, bu maddənin Azərbaycan üçün zərərli olduğunu bəyanat qəbul edilən gün bilirmiş. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 4-cü bəndin zərurətini belə izah etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi alınmadı, Dağlıq Qarabağ separatçıları danışıqlarda iştirak edə bilməyəcəklər. “Ancaq bu bəndin başqa tərəfi də var ki, danışıqlar formatının dəyişməməsi Türkiyənin masada oturmasını əngəlləyir. Onsuz da separatçılarla birbaşa danışıqların mümkün olmadığı çoxdan bəllidir, Türkiyənin masada oturmaması isə bizə ziyandır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün erməni həmkarıyla Moskvadakı görüşündə İrəvanın narahatlığına səbəb olmadığını, 4 –cü bəndə görə Türkiyənin danışıqlarda iştirak etməyəcəyinə işarə etdi” – deyə siyasi şərhçi qeyd edir.

Xatırlatma

2020-ci ilin sentyabr ayından başlayaraq Azərbaycan Ermənistanın təxribatına cavab olaraq əks-hücuma başlamış, 30 ilə yaxın bir müddətdə işğal altında olan bir rayon, bir neçə kənd və qəsəbəni işğaldan azad edib. Hazırda, döyüşlər davam edir.

Son xəbərlər
Digər xəbərlər