İtaliya Parlamentindəki-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Ermənistanın Humanitar atəşkəsi pozmasını pisləyib.
Banker.az xəbər verir ki, İtaliya Parlamentindəki İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Senatın Xarici Əlaqələr Daimi Komitəsinin üzvü senator Stefano Lucidi, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə və mülki əhalisinə edilən raket hücumlarını, humanitar səbəblərdən qüvvədə olan atəşkəsi pozaraq pisləyən bir açıqlama verib.
Senator qeyd edib ki, Ermənistan tərəfindən atəşkəsi pozması və klaster bombaları ilə Azərbaycan şəhərlərinə hücumları barədə məlumat alıb, habelə oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri təmas xəttindən çox uzaq məsafədə yerləşən ərazilərə, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib.Nəticədə 10 mülki şəxs ölüb və uşaqlar da daxil olmaqla 34 nəfər yaralanıb.
Senator vurğulayıb ki, İtaliya hökuməti Rusiyada imzalanan atəşkəsin pozulmasını qətiyyətlə pisləməlidir, çünki bu bölgədə sabitliyin təmin olunması həm əhalinin təhlükəsizliyi baxımından, həm də İtaliyanın maraqları baxımından çox vacibdir.