Gəncə və Mingəçevir şəhərlərində səfərdə olduq. Bu şəhərlərdə qətlə yetirilən mülki şəxslərlə bağı bütün Azərbaycan xalqına başsağlığı veririk.
Bunu oktyabrın 12-də Mingəçevirdə jurnalistlərə açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib.
“Ümidvarıq ki, xəsarət alanlar tezliklə sağalacaqlar və Azərbaycan xalqı sülh içində yaşayacaq”, – o bildirib.








