9 C
Baku
Thursday, December 12, 2024

Patriarx Kirill Dağlıq Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırıb

Moskva və Bütün Rusiya Patriarxı Kirill, Dağlıq Qarabağda atəşkəsin uzadılmasına çağırıb.

Banker.az xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin saytında məlumat verilib .

O , Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin 10 oktyabrda Moskvadakı danışıqlar zamanı əldə etdikləri razılaşmaların əhəmiyyətini qeyd edib.Patriarx, açıqlamasında Bakı və İrəvana atəşkəsdən istifadə edərək məsələlərin həllini siyası yollarla həll edilməsini xahiş edib.

Rus Pravoslav Kilsəsinin rəhbəri “İki qonşu xalqın gələcəyi naminə atəşkəsi uzatmağa və sülh danışıqları üçün istifadə etməyə çağırıram” deyib.

Patriarx, həmçinin Dağlıq Qarabağ münaqişəsinin bütün iştirakçılarını mülki insanların həyatını qorumağa çağırıb.

Daha əvvəl, Moskva Patriarxlığının Cəmiyyət və Kilsələr ilə əlaqələr üzrə Sinodal şöbəsinin sədri Vladiir Legoyda , Moskvanın və Bütün Rusiyanın Patriarxının Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həll olunması üçün dua etdiyini bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər