“Gürcüstan vasitəsilə hərbi yüklərin tranziti həyata keçirilmir”.
Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.
Onun sözlərinə görə, Gürcüstanın hava məkanı vasitəsilə yalnız humanitar və mülki yüklər daşınır, bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir.